Qadınlar hər sahədə bacarıqlarını ortaya qoyur və böyük uğurlar əldə edirlər, bu uğurların səsi isə artıq yalnız tədbir və tribunalarla deyil, rəqəmsal platformalar vasitəsilə də genişlənir. Məhz bu rəqəmsal platformalardan biri olan TikTok, qadınların bir-birini tapdığı, təcrübələrini paylaşdığı, cəsarət topladığı və “bacararsan” mesajını milyonlara çatdırdığı əsas məkana çevrilib.
Rəqəmlər bunun ən aydın göstəricisidir: TikTok-da #womenempowerment heşteqi altında demək olar ki, 3 milyona yaxın, #InternationalWomensDay altında yarım milyona yaxın, #WomenOfTikTok altında isə 3 milyondan çox paylaşım mövcuddur. Bu paylaşımlar sadəcə statistik göstərici deyil — onlar qadınların bir-birinə dayaq olduğu, uğur hekayələrini açıq paylaşdığı, çətinliklərdən necə keçdiyini səmimi şəkildə danışdığı canlı bir icmanın göstəricisidir.
TikTok-da qadınlar biznes qurmaq yolundan tutmuş karyera seçimlərinə, elm və texnologiyadakı nailiyyətlərindən yaradıcılıq layihələrinə qədər müxtəlif mövzularda açıq danışır, motivasiya verir və ilham yaradır. Platforma qadınların öz hekayəsini özü danışdığı, öz gücünü göstərdiyi və başqa qadınlara yol açdığı bir məkana çevrilib. Bu rəqəmsal həmrəylik isə 8 Martın ruhunu ilboyu yaşadan güclü bir enerjiyə çevrilir.
Bu məqalədə TikTok-da fəaliyyəti ilə seçilən, öz hekayəsi və uğurları ilə digər xanımlara motivasiya verən bir neçə azərbaycanlı qadın-kreatordan bəhs edəcəyik. Onların paylaşdıqları məzmunun arxasında dayanan zəhmət, cəsarət və ilhamverici yol hekayələrini daha yaxından təqdim edəcəyik.
Fırçası ilə həyatı canlandıran - @art.slymnva
Bu rəngarəng hesabda gənc bir xanım rəssam öz əlləri ilə yaratdığı incə portretləri və mənzərə əsərlərini paylaşır. Onun rəsmlərinə baxdıqda ilk hiss olunan detal canlılıqdır — sanki kətan nəfəs alır. Xüsusilə təbiət mövzulu işlərində rənglərin harmoniyası və detallara olan həssas yanaşma izləyicini tablonun içinə çəkir.
O, yalnız rəsmlə kifayətlənmir. Köhnə mebelləri bərpa edir, onlara yeni çalarlar qatır və müasir görünüş bəxş edərək ikinci həyat verir. Hər bir layihəsi sadəcə estetik dəyişiklik deyil, həm də yaradıcılığın və zəhmətin nəticəsidir.
Bu gənc rəssam göstərir ki, sənət yalnız qalereyalarda deyil — gündəlik həyatın içində də yaşaya bilər. Onun işi ilham verir ki, köhnəyə yeni gözlə baxaq, əlimizlə yaratmaqdan çəkinməyək və istedadımızı cəsarətlə paylaşaq. Çünkü həqiqi sənət ürəkdən gələndə həm görünür, həm də hiss olunur.
Rəqəmsal dünyada iz qoyan - @zahide_semed
Zahidə, sadəcə SMM mütəxəssisi deyil — o, ideyanı nəticəyə çevirən strategiyaçıdır, uğurlu SMM mütəxəssisi, reels maker və marketinq mütəxəssisi olaraq yaradıcılığı ilə seçilir, hər layihəyə həm kreativ baxış, həm də düşünülmüş strategiya əlavə edir. Trendleri vaxtında görmək və onları düzgün formada tətbiq etmək bacarığı onu rəqəmsal mühitdə fərqləndirir.
Onun hazırladığı kontent yalnız baxış toplamaq üçün deyil, real əlaqə və yüksək engagement yaratmaq üçündür. Hər reels arxasında analiz, planlama və məqsəd dayanır. Bu yanaşma göstərir ki, uğur təkcə istedaddan deyil, davamlı öyrənməkdən və strateji düşünməkdən keçir.
O, digər qadınlara sübut edir ki, rəqəmsal sahə cəsarətli və yaradıcı xanımlar üçün böyük imkanlar açır. Öz ideyana inan, öyrənməkdən vaz keçmə və trendləri sən idarə et — çünki bu sahədə fərq yaradan məhz sənin baxışındır.
Mətbəxdə xarüqələr yaradan bu qadın-kreator - @_kitchenformysoul
TikTok-da özünəməxsus üslubu və səmimi təqdimatı ilə seçilir. “Yeməklərinizi ürəklə hazırlayın ki, könlünüzə xoş olsun!” sloqanı onun səhifəsinin əsas fəlsəfəsini əks etdirir. Onun üçün yemək bişirmək sadəcə gündəlik iş deyil, sevgi və diqqət tələb edən bir yaradıcılıq prosesidir.
Hesabında bir-birindən ləzzətli yeməklər, ev üsulu şirniyyatlar, müxtəlif turşular və ənənəvi reseptlər paylaşan kreator rəngarəng və iştahaçıcı kontenti ilə geniş auditoriyanın marağını qazanır. Onun hazırladığı salatlardan biri isə rekord izlənmə göstəricisi əldə edərək 8,3 milyonu keçib. Sadə və anlaşılan izahı, praktik məsləhətləri və vizual baxımdan cəlbedici təqdimatı sayəsində izləyicilər reseptləri asanlıqla tətbiq edə bilirlər.
O, xüsusilə xanımları mətbəx işlərinə fərqli prizmadan baxmağa dəvət edir — bu işi yorucu öhdəlik kimi deyil, zövq verən və ailəni bir araya gətirən bir məşğuliyyət kimi təqdim edir. Paylaşımları ilə digər qadınlara yemək bişirmə sevgisi aşılayır, onları ürəklə və böyük həvəslə yaratmağa ruhlandırır.
Özgüvən bəxş edən gözəllik mütəxəssisi - @ gunelahadzadeh
Saç ustalığını sənətə çevirən yaradıcı TikTok-da təkcə saç düzümü göstərmir — o, özgüvən formalaşdırır. Bərbərlik sənəti üzrə ekspert kimi həm onlayn, həm də oflayn təlimlər keçir, saç ustalarına ən son trendləri, müasir texnikaları və top-stilistlərin peşə sirlərini öyrədir.
L’Oréal Professionnel texnoloqu olaraq beynəlxalq təcrübəni yerli auditoriya ilə bölüşməsi isə onun peşəkarlığını daha da gücləndirir.
Onun enerjisi ekrandan hiss olunur. Səmimi danışıq tərzi, detallı və praktik izahları sayəsində hər videodan sonra izləyici “mən də bacararam” düşüncəsi ilə ayrılır. Təkcə fenin düzgün tutulma qaydasını göstərdiyi video 1,7 milyon baxış toplayaraq bunun ən real sübutuna çevrilib — bəzən böyük dəyişikliklər kiçik detallardan başlayır.
Gunelahadzadeh göstərir ki, bilik paylaşdıqca çoxalır. O, həm gələcək saç ustalarına yol açır, həm də xanımlara öz üzərində işləməyin, peşəkar olmağın və daim inkişaf etməyin mümkün olduğunu xatırladır. Onun səhifəsi gözəllikdən daha çox — güvən və inkişaf platformasıdır.
Bu hekayələr bir daha sübut edir ki, TikTok qadınların səsini gücləndirmək və onların istedadlarını nümayiş etdirmək üçün güclü bir vasitəyə çevrilib. TikTok-da paylaşdıqları hər video, hər ideya və hər uğur addımı digər qadınlara ilham verir və onları cəsarətlə öz yolunu seçməyə təşviq edir. Çünki dəyişiklik məhz inanmaq və addım atmaqla başlayır.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi-qəlbdən təbrik edir, hər birinə uğur, güvən və yeni zirvələr arzulayırıq. İşığınız daim parlasın.