Ru
17:56 / 05 Mart 2026

Yaralılardan üçü hava limanının əməkdaşıdır

Yaralılardan üçü hava limanının əməkdaşıdır
Eye

İranın Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum zamanı xəsarət alanlardan üçü hava limanının əməkdaşı olub.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Bildirilib ki, 1986-cı il təvəllüdlü Reyhanə Sabir qızı Vəliyeva, 1996-cı il təvəllüdlü Zülfüqar Məmməd oğlu Zülfüqarlı, 1996-cı il təvəllüdlü Mehdi Mətləb oğlu Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Əsəd Vidadi oğlu Cəfərov da xəsarətlər alıb.

Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.

Xatırladaq ki, İran tərəfindən Naxçıvanın Beynəlxalq Aeroportu dron hücumuna məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar