Ru
12:41 / 02 Mart 2026

BDU tələbələrinə qarşı şantaj davam edir - FOTO

BDU tələbələrinə qarşı şantaj davam edir - FOTO
Eye

Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər həbs olunsa da, bu əməllər hələ də davam edir.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslər şantaj əməllərinə görə saxlanılan Fəxri Cəbrayılova dəstək xarakterli paylaşımlar edir. Belə ki, sosial şəbəkələrdə, xüsusilə “Tiktok”da “Fəxri Cəbrayılova azadlıq” adlı səhifələr yaradılıb və orada BDU tələbələrinin fotoları qeyri-əxlaqi məzmunda yenidən yayılıb.

Qeyd edək ki, məsələ ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılovu saxlayıb. Hazırda onun əməllərinin kimin tərəfindən davam etdirilməsi məlum deyil.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, araşdırmalar davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar