Ru
00:08 / 16 Avqust 2025

Bədbəxt hadisə: Azərbaycanlı uşaq Rusiyada öldü

Bədbəxt hadisə: Azərbaycanlı uşaq Rusiyada öldü
Eye

Azərbaycanlı uşaq Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində ölüb.

Bakupost.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində qeydə alınıb.

Belə ki, 2022-ci il təvəllüdlü Seyidov Amiral Amin oğlu ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq həlak olub.

Qeyd edək ki, 3 yaşlı uşağın atası Amin Seyidov əslən Cəlilabad rayonundandır. O bir müddətdir ki, Rusiya Federasiyasında yaşayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar