Bu mövsüm “Qarabağ” klubunda oynamaq imkanım olub.
Bakupost.az xəbər verir ki, bunu "ML Vitebsk” klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov ölkəsinin mediasına müsahibəsində bildirib.
O bildirib ki, “ML” ilə müqavilə imzaladıqdan 1 saat sonra agenti ona zəng edib:
"Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm,” – deyə Volkov bildirib.
Qeyd edək ki, Volkov bu yay “Vitebsk” klubuna Rusiya “Arsenal”ından keçib.