Ru
18:54 / 01 İyul 2026

Belə qəzalarda dəyən ziyanı kim ödəyir? — Açıqlama

Belə qəzalarda dəyən ziyanı kim ödəyir? — Açıqlama
Eye

Bakı–Şamaxı yolunda hərəkətdə olan minik avtomobillərindən birinin təkərinin qəfil çıxaraq yolda hərəkət edən başqa bir nəqliyyat vasitəsinə dəyməsi yol hərəkətində ciddi təhlükə yaradan hadisələrdən biri kimi qiymətləndirilir. Bu cür hallarda həm texniki nasazlığın səbəbi, həm də məsuliyyətin kimə aid olması hüquqi baxımdan mühüm suallar doğurur. Sürücünün, avtomobil sahibinin və ya texniki xidmət göstərən tərəfin məsuliyyəti hansı halda müəyyən olunur və dəymiş ziyanı kim ödəməlidir?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a Mülki Məcəlləyə əsasən ümumi əsaslarla dəymiş zərər məsələsinin ortaya çıxdığını və bunun adi yol-nəqliyyat hadisəsi və ya qəza kimi qiymətləndirildiyini bildirib:

"Belə hallarda icbari sığorta şirkəti dəymiş zərəri qarşılayır. Lakin müəyyən olunarsa ki, təkərin yerindən çıxması sürücünün öz səhvi, diqqətsizliyi və ya avtomobilə vaxtında texniki qulluq göstərilməməsi ilə bağlıdır, bu halda sığorta ödənişi qarşı tərəfə edildikdən sonra həmin məbləğ təqsirkar şəxsdən regress qaydasında tutulur.

İstisna hal isə odur ki, əgər avtomobil əvvəlcədən ustada olub və nasazlıq ustanın səhvi nəticəsində yaranıbsa, bu zaman nəqliyyat vasitəsinin sahibi məsuliyyət daşımır və dəymiş zərər avtomobil ustasından tələb oluna bilər. Bu münasibətlər də Mülki Məcəllənin zərərin ödənilməsi ilə bağlı müddəaları ilə tənzimlənir" , - deyə o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar