Məşhur amerikalı müğənni Beyonse karyerasında ilk "Emmi" mükafatını alacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Associated Press Nyus" saytı məlumat yayıb.
Televiziya akademiyası 77-ci "Emmi" mükafatlarının ilk qaliblərini elan edib ki, onların arasında sənətçinin adı var. Beyonse Noulz-Karter 2024-cü ildə NFL oyununda "Beyonce Bowl" şousu üçün geyimlərinə görə mükafat alacaq. Müğənninin doğma Hyustonda Milad bayramında çıxışı "Netflix" platformasında mövcuddur.
Xüsusi "Emmi" mükafatı ifaçı üçün ilk olub. O, digər 10 kateqoriya üzrə də namizəd olub. Bu, onu EGOT mükafatına ("Emmi", "Qremmi", "Oskar" və "Toni") daha da yaxın edir. İndi o, "Toni" və "Oskar" qazanmalıdır. Mükafatlar sentyabrın 6-da və 7-də keçiriləcək mərasimdə təqdim olunacaq.