CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Bakupost.az xəbər verir ki, bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, istintaqa səbəb onun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı söylədiyi sözlərdir:
“CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Hörmət həddini bu sözlər 86 milyon vətəndaşımızı təmsil edən iradəyə açıq-aşkar hücumdur.
Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi bu yersiz dil artıq sadəcə üslub məsələsi deyil.
Millətimiz əvvəllər də olduğu kimi böhtanla məşğul olanlara yol verməyəcək”.