Ru
23:39 / 13 Avqust 2025

Laçında öldürülən müğənni ilə bağlı TƏFƏRRÜAT: Qaldığı çadırda... - VİDEO

Laçında öldürülən müğənni ilə bağlı TƏFƏRRÜAT: Qaldığı çadırda... - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir.

"Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm", - kənd sakini Tofiq Əliyev söyləyib.

Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar