Ru
19:35 / 13 Avqust 2025

Şamaxıda ağır qəza: Ölən və yaralananlar var

Şamaxıda ağır qəza: Ölən və yaralananlar var
Eye

Şamaxıda ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, hadisə saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hunday” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar