Ukrayna prezidenti Volodimir Zelenski və əsas Avropa müttəfiqləri ABŞ lideri Donald Trampla onlayn sammitdən istifadə edərək Moskva ilə mümkün danışıqlarda öz “qırmızı xətlərini” açıqlayacaqlar.
Bakupost.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşr yazır ki, Ukraynanın əsas tələbləri bunlardır:
Ərazi məsələlərinin yalnız atəşkəsdən sonra və yekun razılaşma çərçivəsində kompromis zərurəti yarandığı halda müzakirə edilməsi;
Rusiya tərəfindən vurulan ziyanın ödənilməsi. Müxtəlif hesablamalara görə, bu məbləğ 500 milyard-1 trilyon ABŞ dolları arasında dəyişir;
Təhlükəsizlik zəmanətləri;
Hərbi əsirlərin və təxminən 20 min oğurlanmış uşağın Ukraynaya qaytarılması;
Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması.