Ru
19:47 / 13 Avqust 2025

Makron: Tramp Rusiya-ABŞ sammitində bunu əldə etmək istəyir

Makron: Tramp Rusiya-ABŞ sammitində bunu əldə etmək istəyir
Eye

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə etmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri və Trampla onlayn görüşdən sonra bildirib.

“ABŞ Prezidentinin Rusiya Prezidenti ilə Alyaskada keçirəcəyi görüşdə əsas məqsədi atəşkəs istəməkdir”, - Makron deyib.

Fransa lideri Avropanın mövqeyini də xatırladıb və ərazi məsələlərinin yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğunu bildirib. “Ərazilərin mübadiləsi ilə bağlı heç bir müzakirə aparılmayıb (Trampla onlayn görüşdə - red.)”, - Fransa Prezidenti qeyd edib.

Yeni sanksiyaların tətbiqinin mümkünlüyündən danışan Makron heç nəyin istisna edilmədiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar