Ru
18:17 / 13 Avqust 2025

Vuçiç növbəti prezident seçkisində iştirak edəcək?

Vuçiç növbəti prezident seçkisində iştirak edəcək?
Eye

Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti prezident seçkisində iştirak etməyi planlaşdırmır.

Bakupost.az xəbər verir ki, bu barədə siyasətçi Avstriyanın federal Kansleri Kristian Ştoker ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Dövlət başçısı prezidentlik karyerasını ilyarım sonra başa vuracağını xatırladıb.

"Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - deyə Serbiya prezidenti bildirib.

Vuçiç əlavə edib ki, Serbiyada növbədənkənar parlament seçkisi keçirilə bilər.

Serbiyada növbəti prezident seçkisi 2027-ci ildə keçiriləcək. Vuçiç 2017-ci ildə dövlət başçısı vəzifəsinə gəlib. 2022-ci ildə o, səslərin 58.58%-i ilə yenidən seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar