Ru
23:42 / 03 Sentyabr 2021

Biləsuvarda yanğın: bir nəfər tüstüdən zəhərləndi

Biləsuvarda yanğın: bir nəfər tüstüdən zəhərləndi
Eye

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.



Bakupost.az "Reporta"a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, Teymurov Fəyaz Abış oğluna məxsus yem anbarında yanğın olub.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsinə kömək edən ev sahibinin qonşusu 22 yaşlı Xankıyev Röyal Yusif oğlu tüstüdən zəhərlənib. O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar