Ru
16:11 / 12 Fevral 2026

Bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

Bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü
Eye

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb


Bakupost.az APA-ya istinadla xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinə səbəb konservləşdirlmiş tərəvəz məhsulu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar