Ru
12:30 / 03 Yanvar 2026

Sumqayıtda dəm qazından zəhərlənənlərin SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənənlərin SON DURUMU
Eye

Dünən saat 23:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.


Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.


Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


*****

Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.

Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar