“Bitcoin” dünən 91 500 dolların altına enərək il boyu əldə etdiyi bütün qazancı sildi. Bazarda yaranan təlaş satışları qiymətləri daha da ucuzlaşdırıb. Bir həftə əvvəl psixoloji minimum həddi 93 000 dollar götürülmüşdü.
Bakupost.az xəbər verir ki, eniş davam etdikcə, investorlar daha da sərt düşüşləri nəzərdə tutan açqılamalar verməyə başlayıb.
“Coinbase”in sahibi olduğu “Deribit”in məlumatlarına görə, investorlar ucuzlaşmanı 90.000, 85.000, heç olmazsa, 80.000 dollar səviyyələrində durdurmağı planlayır: “Son altı ayda kriptovalyuta bazarına ciddi sərmayə qoyan alıcılar hazırda ciddi zərər içindədir. Bazarda real tələbin olmaması getdikcə daha aydın görünür”.
Enişdən ən çox zərərçəkənlər arasında ilin əvvəlində böyük həcmdə kriptovalyuta alaraq “rəqəmsal aktiv xəzinəsi” yaratmağa çalışan şirkətlər yer alır.
Cavid, BakuPost
KriptoValyuta, Bitkoin və digər əyar-dəyər nişanları rəsmi dövlət əyar-dəyərlərindən vətəndaşları yayındıran şəbəkələrin saxta lotereya və digər əskinas nişanlarının tədavülü ilə ən azı tədavülündə olan maliyyə vasitəsini müvəqqəti də olsa sıxışdıran *dələduz* vasitəsi (lüzumsuz şəbəkəsi) deyilmi? Bankirlərin belə işdə izlərimi, onları belə nişanlar və fəaliyyətə qarşı kəskin qoymur?