BMV bu modelləri geri çağırır: Hər an yana bilərlər
132
Son vaxtlar satılan bəzi BMV avtomobillərində ciddi texniki nasazlıqlar aşkarlanıb.
Bakupost.az xəbər verir ki, şirkət təhlükəsizlik məqsədilə risk daşıyan modellər üçün qlobal servis çağırışı elan edib.
Rəsmilər bildirir ki, avtomobil sahibləri vaxt itirmədən yoxlanışdan keçməlidirlər, çünki bəzi avtomobillərdə yanğın riski mövcuddur.
Ekspertlər bildirir ki, belə hallar bir çox avtomobil markaları tərəfindən tez-tez elan olunur. Böyük ölkələrdə geri çağırışlar zamanı zavod riskləri müəyyən edir və avtomobillər rəsmi dilerlərə çağırılır. Lazım gələrsə, hissələr dəyişdirilir; bəzən isə yalnız yoxlama aparılır.
Zaman-zaman “Mercedes”, “Toyota” və s. kimi məşhur markaların da eyni addımı atdığının şahidi olmuşuq. Bu avtomobillər Azərbaycanda da kifayət qədərdir.
Bəs bu cür qlobal servis çağırışları olduqda, ölkəmizdəki avtomobillər də geri çağrılırmı? Bu şağırışa necə reaksiya verilir? Azərbaycanlı sürücülər hansı addımı atmalıdırlar? Ödəniş məsələsi necə tənzimlənir?
Araşdırmaçı-jurnalist Raqif Raufoğlu bu sahədə ciddi problemlərin olduğunu düşünür.
Onun sözlərinə görə, bəzən yerli dilerlər vəziyyətdən yararlanmağa da çalışırlar.
Hazırda problemin BMV markalı avtomobillərdə yarandığını nəzərə alıb, şirkətin ölkəmizdəki rəsmi dileri “İmprotex Motors”la əlaqə saxladıq. Bildirdilər ki, bu məsələdə daha çox problemi avtomobil sahibləri yaradırlar.
Onu da qeyd edək ki, BMV-nin rəsmi çağırışında “Coupe”, “Gran Turismo”, “Sedan”, SUV, “X4”, “X5”, “X6”, “Z4” modellərinin risk qrupunda olduğu bildirilib.