Britaniya hakimiyyəti anti-Rusiya sanksiyalar siyahısını 11 maddə ilə genişləndirərək yeniləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilir. Hesabatda qeyd edilir ki, London səkkiz şəxs və üç təşkilata qarşı yeni sanksiyalar tətbiq edib.
Həmçinin Britaniya hökuməti Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova və atasının adını daşıyan fonda da sanksiya tətbiq edib.