Azərbaycanda həbsdə saxlanılan rusiyalı dəstə üzvləri həftədə iki dəfə ailələri ilə görüşürlər.
Bakupost.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Mənbə bildirib ki, onlar həbsxana yeməklərindən şikayət etmirlər, hətta yerli noxud şorbasını zarafatla tərifləyirlər. Yaxınları onlara meyvə, tərəvəz, qoz-fındıq və qazlı içki gətirir:
“Nəzarətçilər münasibətdə loyal davranır, yaxınlarla görüşlərin müddətini artırmağa icazə verirlər. Bu görüşlər həftədə iki dəfə keçirilir. Sergey Sofronovun kamera yoldaşı Anton Draçyovun görüşünə həm də nişanlısı gəlir. Vaxt keçirmək üçün Anton və kamera yoldaşı gündə 4–5 saat məşq edirlər. Həbsxanada televizor var, yalnız bir Azərbaycan kanalına baxmaq olur. Onlar nəzarətçiləri başa düşmək və televizora baxmaq üçün türk dillərini öyrənməyə başlayıblar. Sergey həmçinin fantastik kitablar oxuyur — artıq bütün “Taxt-tac oyunları”nı (Game of Thrones) bitirib".
Qeyd edək ki, Bakıda saxlanılan Rusiya vətəndaşları İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluqda ittiham olunurlar.
Aysel,
BakuPost