Çinin 20 min kilometr uçan dəhşətli raketi - VİDEO
1245
Çində İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş paradda ilk dəfə olaraq DF-5C ("Dunfen") adlı qitələrarası strateji nüvə raketi nümayiş etdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.
Raket texnologiyaları və nüvə silahlarının ləğvi üzrə ekspert, professor Yan Çençyun bildirib ki, bu raketin təxmini uçuş məsafəsi 20,000 kilometrdən çoxdur (Müqayisə üçün: Yer ekvatorunun uzunluğu 40,000 km-dir).
Mənbə qeyd edir ki, bu məsafə raketə Yer kürəsinin istənilən nöqtəsini vurmaq imkanı verir.
DF-5C yalnız adi deyil, nüvə başlığı ilə də təchiz oluna bilir.