Bu gecə Finlandiyanın paytaxtı Helsinkidə bir sakinin eyvanda kabab bişirməsi dəhşətli yanğın hadisəsilə nəticələnib. Yanğın zamanı 62 mənzil külə dönüb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir k, yanğın şəhərin Kalasatama məhəlləsində başlayıb və qısa zamanda dördüncü mərtəbənin eyvanından yaxınlıqdakı digər binanın damına yayılıb.
Yanğını söndürməsinə 30 yanğınsöndürmə bölməsi cəlb olunub və təxminən on saat vaxt lazım gəlib. Sakinlər təxliyə edilib və heç kim xəsarət almayıb.
Rüfət Sultan, BakuPost