Ru
17:25 / 12 Noyabr 2025

Britaniya müşaviri Rusiya ilə dialoqa niyə ehtiyac duydu? - AÇIQLAMA

Britaniya müşaviri Rusiya ilə dialoqa niyə ehtiyac duydu? - AÇIQLAMA
Eye

Böyük Britaniya Baş nazirinin müşaviri Conatan Pauellin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı aparmasına bir neçə səbəb var.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Birincisi, Avropa dövlətləri, o cümlədən Böyük Britaniya Ukrayna mövsuzunda ABŞ-Rusiya dialoqunda iştirak etmirlər. Bunu Avropanın beynəlxalq aləmdə statusunun azalması kimi qiymətləndirənlər var. Tramp administrasiyası Kremllə həm dialoq aparır, həm də gərəkli bildiyi halda Rusiyaya sanksiyalar vasitəsilə təzyiq edir. Brüssel və London isə bu alətlərdən yalnız birindən istifadə edirlər. İkincisi, London Rusiyanın işğalçı siyasətini sərt tənqid edərək, Ukraynaya hərtərəfli dəstək versə də, Kremllə hansısa formada dialoqun bərpasına ehtiyac olduğunu düşünüb. Bununla London “dialoqda mən də varam” demək istəyib”.
E.Şahinoğlu vurğulayıb ki, Yuri Uşakovla televonla danışan Conatan Pauell təcrübəli diplomatdır:

“Vaxtilə məhz onun səyi nəticəsində 30 il sürən Şimali İrlandiya problemini həll etmək və terrora son qoymaq mümkün olub. Ancaq Conatan Pauellin rusiyalı diplomatlarla manevr imkanları məhduddur. Çünki, rusiyalı diplomatlar Kreml sahibi Vladimir Putinin təlimatlarına tabedirlər. Bu təlimat isə Ukrayna ərazilərinin işğalı siyasətindən bir addım da geri çəkilməməyi diqtə edir”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar