“Brüssel elitası müharibəyə hazırdır”.
Bakupost.az xəbər vderir ki, Macarıstanın baş naziri Viktor Orban Kopenhagendə Avropa İttifaqının sammitində iştirakdan sonra belə qənaətə gəlib.
"Onlar Aİ-nin vəsaitlərini Ukraynaya köçürmək istəyirlər, onun üzvlüyünü sürətləndirməyə çalışırlar və silah tədarükünü maliyyələşdirirlər. Bütün bu təşəbbüslər Brüssel elitasının müharibəyə hazır olduğunu açıq şəkildə nümayiş etdirir", - o deyib.
Orban vurğulayıb ki, Macarıstan Ukraynanın Aİ-yə daxil olması və blokun müharibəyə meylli strategiyası ilə bağlı təzyiqlərə müqavimət göstərməkdə davam edir.
Zaur, BakuPost