Ru
12:12 / 22 Yanvar 2026

Bu bıçaqların satışı qadağan olunsun – Təklif

Bu bıçaqların satışı qadağan olunsun – Təklif
Eye

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur.


Bakupost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həmin vasitələr daha çox yeniyetmə və gənclər üçün maraqlıdır:

"Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar