Ru
13:01 / 22 Yanvar 2026

Müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz - RƏSMİ

Müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz - RƏSMİ
Eye

Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz.


Bakupost.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur.

"Stajın bərpa olunması mümkün deyil. Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi olduqda isə dövlət bunu qoruyur, sığorta mexanizmləri tətbiq edir. Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar