Ru
13:21 / 22 Yanvar 2026

Onkoloji yardımın göstərilməsi ilə könüllü sığorta sistemləri işə düşəcək - RƏSMİ

Onkoloji yardımın göstərilməsi ilə könüllü sığorta sistemləri işə düşəcək - RƏSMİ
Eye

Özəl tibb müəssisələrində onkoloji yardımın göstərilməsi ilə könüllü sığorta sistemləri işə düşəcək.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

A.Vəliyev xatırladıb ki, yalnız lisenziya almış özəl tibb müəssisələrinə onkoloji yardım üçün imkan veriləcək:

"Bu addım əhalinin sağlamlığının qorunması üçün mühüm hadisədir. Ödənişsiz, dövlət hesabına onkoloji yardım yenə də ancaq ixtisaslaşmış dövlət tibb müəsissələrində həyata keçiriləcək. Özəl müəssisələr bunu ödənişsiz etməyəcəklər. Amma özəl tibb müəssisələri istəsə, onkoloji yardımı ödənişsiz də edə bilər. Bu məsələdə könüllü sığorta sistemləri də işə düşəcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar