İstanbul Hava Limanında karton stəkanda satılan bir çaya 200 TL (təxminən 8 manat) ödəyən vətəndaşın etirazı ilə sosial mediada gündəm olub.
Bakupost.az xəbər verir ki, sosial mediada paylaşılan videoda vətəndaş eyni çayın hava limanından kənarda 30–60 TL (1.18-2.36 manat) aralığında satıldığını xatırladaraq qiymət fərqinə diqqət çəkib: “Bu çay kənarda 30–60 TL-dir, burada isə 200 TL. Hamı “bütün hava limanlarında belədir” deyir, amma xeyr, elə deyil”.
Qısa müddətdə yayılan video çox sayda istifadəçi tərəfindən paylaşılıb. Sosial şəbəkə istifadəçiləri hava limanlarında qida və içkilərin həddindən artıq bahalaşdığını bildirərək vəziyyətə etiraz ediblər. Xüsusilə əsas istehlak məhsulları qiymətlərinin yüksək olmasının sərnişinlərin çətin vəziyyətdə qalmasına səbəb olduğu qeyd olunub.
Cavid, BakuPost