Ru
14:43 / 22 Yanvar 2026

“Qobu Park”da yanğın oldu

“Qobu Park”da yanğın oldu
Eye

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verib.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70kv.m olan üçotaqlı mənzilin mətbəx mebelinin 3p.m hissəsi, soyuducu və paltaryuyan maşın qismən yanıb.

Mənzil yanğından mühafizə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar