Ru
15:18 / 22 Yanvar 2026

Qalmaqallı serialın yayımı bərpa olundu

Qalmaqallı serialın yayımı bərpa olundu
Eye

“Səkkiz” serialının yayımı bərpa olunub.


Bakupost.az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov özünün sosial şəbəkə hesabında məlumat verib.

Şükür "Səkkiz" qayıtdı. Yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə, həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan,həm yaradıcı heyətə adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”, - rejissor bildirib.

Onun sözlərinə görə, şənbə günü yanvar ayının 24-ü, saat 23:00 da ARB telekanalında serialın ikinci bölümü nümayiş olunacaq.

Qeyd edək ki, 10 yanvar tarixində "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etdiyi və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmadığı üçün ARB telekanalının yayımı 3 saatlıq dayandırılmışdı. Daha sonra serialın yayımının dayandırılması barədə qərar verilmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar