Ru
14:32 / 22 Yanvar 2026

İlham Rəhimova Rusiyada abidə qoydular – FOTO

İlham Rəhimova Rusiyada abidə qoydular – FOTO
Eye

Dünən Sankt-Peterburq Dövlət Universitetində İlham Rəhimovun büstünün açılışı olub.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, tədbirdə universitetin rektoru Nikolay Kropacyev, hüquq fakültəsinin dekanı Sergey Olennikov, həmçinin Rəhimovun ailə üzvləri və tələbə yoldaşları iştirak edib.



İlham Rəhimovun 75 illik yubileyinə həsr olunan açılışda çıxış edən rektor Nikolay Kropacyev bildirib ki, “biz yalnız keçmişdə böyük hüquqşünas olan universitet məzunlarını xatırlamır, həm də çağdaşlarımızın fəaliyyətinə hörmət göstəririk”.

Qeyd edək ki, İlham Rəhimov 1975-ci ilDƏ Leningrad Dövlət Universitetinin (indiki SPbU) məzunu olub. Onun tələbə yoldaşları arasında Rusiya Prezidenti Vladimir Putin, İstintaq Komitəsinin sədri Aleksandr BastrIkin və sabiq daxili işlər naziri Vitali Mozyakov kimi məşhur şəxslər var.



"İNForbes" məlumatlarına görə, 2014-cü ildə Rəhimovun sərvəti yarım milyard ABŞ dolları dəyərində qiymətləndirilmişdi. O, həmin vaxt Moskva ticarət mərkəzlərində pay sahibi idi: “Evropeyskiy”, “Panorama”, həmçinin “Sadovod” bazarında və “Ukraina” otelində payları vardı.

İlqam Rəhimov hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar hüquqşünasıdır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar