Ru
14:03 / 22 Yanvar 2026

Təbriz 90-cı ilin Bakısına bənzəyir – Şəhərdə tanklar və silahlı şəxslər tüğyan edir

Təbriz 90-cı ilin Bakısına bənzəyir – Şəhərdə tanklar və silahlı şəxslər tüğyan edir
Eye

Dünən Təbrizin Vəliəsr bölgəsində yerləşən dövlət məktəbləri bağlanıb. Şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH tam nəzarəti ələ alıb.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. Şəhərə tanklar və zirehli avtomobillər gətirilib. Şəhərdə hərəkət ciddi şəkildə məhdudlaşdırılıb.

Vətəndaşlardan gələn xəbərlərdə 15 yaşlı bir oğlanın döyülməsi də daxil olmaqla, təhqir və zorakılıq halları çoxalıb.

***

Güney Azərbaycanın Ərdəbil əyalətində keçirilən kütləvi etirazlara dair görüntülər paylaşılıb. Videolarda şəhərin müxtəlif ərazilərində insanların etiraz etdiyi müşahidə olunur.

Ciddi informasiya blokadasına baxmayaraq, ölkənin bəzi bölgələrindən məhdud sayda məlumat və vizual materiallar əldə etmək mümkün olub. Bununla belə, Təbriz, Xiyav (Meşkinşəhr) və Ərdəbil şəhərlərindən demək olar ki, heç bir rəsmi və ya qeyri-rəsmi məlumatın yayılmaması diqqət çəkir.

Məlumat axınının kəskin şəkildə məhdudlaşdırılması sözügedən şəhərlərin hələ də gücləndirilmiş təhlükəsizlik tədbirləri və ciddi nəzarət altında saxlanıldığını göstərir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar