Ru
12:54 / 22 Avqust 2019

- Prezidentin mükafatlandırdığı ifaçı “Bu, çox böyük diqqətdir”

3609
"Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı almışam. Bu, yaradıcılığıma, sənətimə, fəaliyyətimə göstərilən diqqət və qayğıdır. Bu diqqət və qayğıdan çox məmnunam, razıyam. Təşəkkürümü bildirirəm. Ölkə rəhbərliyinə, şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident İlham Əliyevə özümün və ailəmin adından təşəkkürümü bildirirəm”.


Bakupost missiya.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti nümunəvi orkestrinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, vokal ifaçısı Fəxri Kazım-Nicat prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı alması ilə bağlı danışarkən deyib.


Fəxri Kazım-Nicat bildirib ki, medal ona Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə verilib: "Məni bu medala layiq görən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Şəxsən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə minnətdaram. Sənətə, yaradıcılığa qayğı göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu mənim fəaliyyətimə verilən böyük dəyərdir. 11 ildir ki, Dövət Sərhəd Xidmətində nümunəvi hərbi orkestrin solisti kimi çalışıram. Bu müddət ərzində 2 medalla təltif olunmuşam. Ötən il hərbi əməkdaşlıq sahəsindəki xidmətlərimə görə, bu il isə Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı mükafatlandırılmışam. "Tərəqqi" üçüncü medalımdır. Göstərilən diqqət məni yeni yaradıcılıq uğurlarına sövq edir”.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər