Ru
12:06 / 20 Aprel 2026

Azər Qasımlının xanımının ölkədən çıxışına qadağa qoyuldu

Azər Qasımlının xanımının ölkədən çıxışına qadağa qoyuldu
Eye

Həbsdə olan Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı barəsində məhkəməyə müraciət edilib.

Bakupost.az xəbər verir ki, bu barədə S.Qasımlı özü məlumat yayıb.

O bildirib ki, həyat yoldaşı barəsindəki cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış Qurbanəli Yusifov bu dəfə ona qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

Q.Yusifov onun Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) əsasən cəzalandırılmasını istəyib. Samirə Qasımlının barəsində cinayət işi açılıb və ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, A.Qasımlı bu il martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirləndirilib. A.Qasımlının Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onun oğlunu qaçırmaq və atasını öldürməklə hədələdiyi bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar