Ru
12:29 / 20 Aprel 2026

Hava kəskin pisləşdi: XƏBƏRDARLIQ

Hava kəskin pisləşdi:  XƏBƏRDARLIQ
Eye

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunub ki, yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alınaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.

“BDYPİ bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir”, - deyə müraciətdə vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar