Ru
14:33 / 20 Aprel 2026

Yaponiyada 7,4 ballıq zəlzələ: Ölkə 3 metrlik dalğaları gözləyir

Yaponiyada 7,4 ballıq zəlzələ: Ölkə 3 metrlik dalğaları gözləyir
Eye

Yaponiyanın şimalında yerləşən Aomori bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra sahil əraziləri üçün sunami xəbərdarlığı edilib.

Bakupost.az xəbər verir ki, NHK telekanalı ilk sunami dalğalarının artıq görünməyə başladığını bildirib.

Xüsusilə İvate və Hokkaydo bölgələrində dalğaların hündürlüyünün 3 metrə qədər çata biləcəyi ehtimal olunur. Rəsmi qurumlar sahil ərazilərində yaşayan sakinləri dərhal daha yüksək və təhlükəsiz yerlərə getməyə çağırıb.

Röya Rizvanzadə,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar