Ru
14:51 / 20 Aprel 2026

Rəhbər şəxs qohumlarını işə götürə bilər?

Rəhbər şəxs qohumlarını işə götürə bilər?
Eye

Dövlət idarələrində yaxın qohumların işləməsi ilə bağlı Əmək Məcəlləsində müvafiq qadağalar var. Müəyyən hallarda sui-istifadə halları ilə rastlaşılır. Bəzən isə mütəxəssislər olur, amma qohumdur deyə işləməyə icazə vermirlər. Mütəxəssisdirsə, təbii ki, işləməlidir.

Bakupost.az xəbər verir ki, bu fikirləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bir çox iş mərkəzlərində yaxın qohumların vəzifələrə təyin olunması məsələsinə münasibət bildirərkən səsləndirib.

O bildirib ki, belə məsələlərlə bağlı Azərbaycan Respublikasının çox normal, standartlara uyğun qanunvericiliyi var, sadəcə, bunun tətbiqində və icrasında problemlər yaşanır: “Diqqət etmisinizsə, gəlirli yerlərdə qohumlar işə götürülür. Problemli yerlərdə kimsə qohum-əqrabasını işə cəlb etmir. Burada əsas qohumun olub-olmaması deyil, həmin mütəxəssisin ixtisas sahəsinə diqqət etmək lazımdır ki, bu şəxs bu vəzifədə müəssisəyə, vətənə, millətə xeyir verəcəkmi? Müzakirə predmeti bu olmalıdır. Belə hallar qanunvericiliklə təsbit olunur və qayda necədirsə, elə də olmalıdır. Nəzarəti Sosial Müdafiə Nazirliyində əmək müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurum etməlidir. Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq qaydaların hər hansı bir müəssisədə nəzərə alınıb və ya alınmaması ilə bağlı yoxlanışlar aparıla bilər. Qanunsuzluq olarsa, aradan qaldırılmaq onların üzərinə düşən işdir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar