Kriştiano Ronaldo qızı Bellanın 4 yaşını Koreya pop qrupu Demon Hunters üslubunda təşkil olunan möhtəşəm tematik ziyafətlə qeyd edib və bu barədə sosial şəbəkədə duyğusal paylaşım edib.
Bakupost.az Bizim.Media-a istinadən xəbər verir ki, 41 yaşlı futbolçu qızının çəhrayı, bənövşəyi və gümüşü tonlarda bəzədilmiş parlaq dekor fonunda çəkilmiş fotosunu yayımlayıb. Ad günü məkanı məşhur animasiya musiqi layihəsi KPop Demon Hunters üslubunda hazırlanıb, ərazi isə şarlar və tematik posterlərlə bəzədilib.
“Ad günün mübarək, mənim şahzadəm! Sevinc dolu dörd il. Ata səni çox sevir”, - deyə Ronaldo portuqal dilində Instagram hesabında yazıb.
O, paylaşımına həmçinin #AngelyBella həştəqini də əlavə edib. Bu, 2022-ci ildə dünyasını dəyişən Bellanın əkiz qardaşının xatirəsinə işarədir. Məhz bu jest paylaşımın ən duyğusal detallardan biri kimi diqqət çəkib.