Ru
13:39 / 20 Aprel 2026

ABŞ və İran üz-üzə: hücum iddiası, danışıqlarda ziddiyyət

ABŞ və İran üz-üzə: hücum iddiası, danışıqlarda ziddiyyət
Eye

15 günlük müvəqqəti atəşkəsin müddəti 22 aprel tarixində başa çatır. Bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında görüş gözlənilir.

Bakupost.az xəbər verir ki, dünən gecə ABŞ prezidenti Donald Tramp İranın dəniz blokadasını yarmağa çalışan yük gəmisinə atəş açıldığını açıqlayıb. Bu hadisədən sonra İran prezidenti Məsud Pezeşkiyan Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb və ABŞ-ni diplomatiyaya xəyanətdə ittiham edib.

Pezeşkiyan ölkəsinə qarşı mümkün hücumun regional və qlobal nəticələri olacağını vurğulayıb. İran ordusu isə artıq “cavab veriləcəyi” barədə xəbərdarlıq edib.

Son məlumatlara görə, İranın ABŞ-yə məxsus bəzi hərbi gəmilərə pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir. Buna baxmayaraq, Pakistan mənbələri İranın danışıqların ikinci mərhələsində iştirak edəcəyini açıqlasa da, rəsmi Tehrandan bununla ziddiyyət təşkil edən bəyanat verilib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar