Mərhum xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.
Bakupost.az xəbər verir ki, bunu Report-a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.
Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.