Ru
14:15 / 20 Aprel 2026

Paşinyan yenə Rusiyadan silah alır: 1 aprel görüşünün pərdəarxası

Paşinyan yenə Rusiyadan silah alır: 1 aprel görüşünün pərdəarxası
Eye

Paşinyanın aprelin 1-də Moskvaya səfərinin yeni detalları üzə çıxmaqdadır.

Ermənistan baş naziri Nikol Paşinyan son açıqlamasında Rusiya ilə Ermənistanın hərbi-texniki sahədə daha öncə imzalanmış razılaşmaların icra edilməsi barədə ortaq məxrəcə gəldiyini bildirib.

Xatırladaq ki, artıq bir neçə ildir Ermənistanın Rusiya ilə hərbi sahədə əməkdaşlığı xeyli zəifləyib. Əvəzində, İrəvan bu sahədə Fransa və Hindistanla əlaqələrə üstünlük verib.

Politoloq Əlimusa İbrahimov Bakupost.az-a bildirib ki, mövcud proses Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığın yenidən canlandığına işarədir:

“Paşinyanın aprelin 1-də Moskvaya səfəri və Putinlə görüşü zamanı bu məsələ xüsusi diqqət mərkəzində olub”.

Politoloq deyir ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın səngiməsi heç də İrəvanın günahı üzündən baş verməyib:

“Əsas səbəb Ukrayna ilə müharibə səbəbindən Rusiyanın başqa ölkələrlə, o cümlədən Ermənistanla bu sahə üzrə əməkdaşlığında müəyyən fasilələrin yaranması ilə bağlı olub. Deməli, Rusiya əvvəlki tempdə olmasa da, indi yenidən Ermənistana silah ixracına başlayacaq”.

Ekspertin fikrincə, hərbi əməkdaşlığın yenidən gündəmə gətirilməsi İrəvanla Moskva arasında münasibətlərin yaxşılaşdığının göstəricisidir:

“Paşinyan iyunda keçiriləcək seçkilərə Rusiyanın müdaxiləsinin qarşısını almağa çalışır. Bu fonda da Kremli razı salacaq müəyyən addımlara getməli olur. Amma buna rəğmən Rusiya seçkilərə müdaxilədən vaz keçməyəcək. Çünki əsas məqsədi Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Bunun əksi baş versə, yəni Rusiya seçkilərə müdaxilə etməsə, deməli aprelin 1-də Paşinyanla Putin arasında ciddi sövdələşmələr baş tutub”.

Digər tərəfdən, Ə.İbrahimovun sözlərinə görə, ola bilsin Ermənistan Rusiyadan alacağı silahları digər ölkələrdən ala bilmədiyindən yenidən Kremlə üz tutub.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar