Ru
14:06 / 20 Aprel 2026

Livanda prezidentlə Hizbullah arasında gərginlik böyüyür

 Livanda prezidentlə Hizbullah arasında gərginlik böyüyür
Eye

Livan prezidenti Cozef Aunun ölkədə hakimiyyətinin yalnız rəsmi qurumların əlində olması ilə bağlı çıxışı daxildə yeni gərginlik yaradıb.

Bakupost.az dünya KİV-lərinə istinadən xəbər verir ki, prezidentin müharibə və sülh qərarlarının yalnız dövlət tərəfindən verilməli olduğunu vurğulaması Hizbullahın kəskin narazılığına səbəb olub.

Ekspertlər bildirir ki, bu mübahisə təkcə xarici siyasətlə bağlı deyil. Məsələ həm də ölkədə silahlı qüvvələrin kimə tabe olacağı və dövlətin tam nəzarətinin necə qurulacağı ilə bağlı ciddi siyasi gərginliyə çevrilib.

Son günlər tərəflər rəsmi şəkildə “qarşıdurma yoxdur” desə də, siyasi ritorikanın getdikcə sərtləşdiyi və böhranın dərinləşdiyi qeyd olunur.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar