Ru
18:23 / 26 Dekabr 2025

Bu ərazilərdə sahibkarlara 45,6 milyon manat güzəştli kredit verildi

Bu ərazilərdə sahibkarlara 45,6 milyon manat güzəştli kredit verildi
Eye

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara bu ilin dekabrınadək ümumilikdə 45,6 milyon manat güzəştli kredit verilib.

Azərbaycan Biznesinin İnkişafı Fondundan(ABİF) Bakupost.az-a verilən məlumata görə, sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin məbləğinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Bu ilin dekabr ayınadək 43 layihə üzrə sahibkarların banklardan əldə etdiyi 55,9 milyon manat kreditə 47,8 milyon manat zəmanət verilib. Eyni zamanda bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu mexanizmdən yararlanmış sahibkarlıq subyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimi sahələrdə fəaliyyət göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar