Ru
19:49 / 26 Dekabr 2025

Qərb mediasının Ukraynadakı sülhə baxışı budur

Qərb mediasının Ukraynadakı sülhə baxışı budur
Eye

Son günlər Qərb mediasında əsas sual budur: Rusiya ilə Ukrayna arasında real sülh müqaviləsi imzalana bilərmi? Cavablar isə ehtiyatlı və çox vaxt pessimistdir.

Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

O, Avropa mediasının bu məsələyə münasibətinə toxunub:

“Röyters” yazır ki, Kreml kompromisə açıq görünmür və Avropa ilə Ukraynanın ABŞ-ın sülh təkliflərinə etdiyi dəyişikliklər “sülh şansını artırmayıb”. Moskva hələ də ultimatum dili ilə danışır.

“Guardian” isə qeyd edir ki, Vaşinqton və Kiyev sülh planları üzərində işləsə də, “Rusiyanın real niyyətləri hələ də qeyri-müəyyəndir”.

Qərbin aparıcı analitik mərkəzlərindən “Atlantic Council” daha sərtdir: “Putin kompromis sülhə maraq göstərmir.”

Bəzi mənbələr Ukraynanın sülh planına “yalnız texniki detalların qaldığını” desə də, Rusiyadan rəsmi və konstruktiv cavab yoxdur.

Ümumi mənzərə aydındır: Qərb mediası sülh ehtimalını tam istisna etmir, amma bunu uzun, çətin və ağır kompromislərlə dolu proses kimi görür. Yaxın perspektivdə sürətli və ədalətli sülh isə hələ real görünmür”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar