Ru
17:42 / 04 May 2026

Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi

Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 74 əmək yarmarkası təşkil olunub.

Bakupost.az xəbər verir ki, bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 643 işəgötürən tərəfindən 4715 vakansiya təqdim edilib, həmin vakansiyalara dair tələblər barədə məlumat verilib.

Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunublar.

Tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və bu proqramlara müraciət proseduru barədə məlumatlandırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar