Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə müzakirə ölkələr arasında münasibətlərə yönəldilib. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”, - məlumatda deyilib.
Qeyd edək ki, Gürcüstan və Ukrayna hakimiyyətinin nümayəndələri 2021-ci ildən bəri görüşməyiblər.