"Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilib.
Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanda öz əksini tapıb.
Belə ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində “və avaralıqla (o cümlədən dilənçiliklə)” sözləri “, avaralıq və dilənçiliklə” sözləri ilə əvəz edilib.
Qanunun həmin maddəsində cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiyaların – uşaqları fahişəlik, qumar və avaralıqla, dilənçiliklə məşğul olmağa, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməllər, eləcə də şəxslərin hüquqlarını pozan digər əməllər törətməyə həvəsləndirən məlumatların yayılması qadağan olunur.