Ru
12:53 / 05 Avqust 2025

Bu ölkə Fələstini tanımayacaq

Bu ölkə Fələstini tanımayacaq
Eye

Müstəqil Fələstin dövlətinin tanınması məsələsi Litva hakimiyyətinin gündəmində deyil.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, bunu Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Devidas Matulionis deyib.

O, Litva tərəfinin mövqeyini bir daha xatırladaraq vurğulayıb ki, HƏMAS-ın 7 oktyabr 2023-cü hücumundan sonra İsrailin özünümüdafiə hüququ var.

Bununla belə, o söyləyib ki, İsrail də beynəlxalq qanunlara hörmət etməli və humanitar yardımın mülki əhalinin aclıqdan əziyyət çəkdiyi Qəzza zolağına çatmasına şərait yaratmalıdır.

Məlumat üçün əlavə edək ki, son günlər Fransa, İslandiya, İrlandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya, İspaniya kimi Avropa ölkələri Fələstin dövlətini tanımaq üçün çağırış ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar