Ru
17:27 / 05 Avqust 2025

Finlandiya rusiyalıları qovur

Finlandiya rusiyalıları qovur
Eye

Finlandiya hakimiyyəti 2025-ci ilin ilk altı ayında 90 Rusiya vətəndaşını ölkədən deportasiya edib ki, onlardan 16 nəfəri xüsusi konvoy müşayiəti ilə çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "İltalehti" nəşri Milli Polis İdarəsinə istinadən məlumat yayıb.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə isə cari ilin ilk yarısında ölkədən 1400 əcnəbi çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur.

Ən çox deportasiya olunanlar arasında Estoniya, Rumıniya və İraq vətəndaşları yer alır.

Deportasiyaların səbəbi isə müxtəlifdir:

Avropa İttifaqı ölkələrinin vətəndaşları əsasən narkotik cinayətləri və zorakı hərəkətlərə görə ölkədən çıxarılır.

Digər ölkələrin vətəndaşları isə qanuni əsas olmadan Finlandiyada yaşadıqları üçün deportasiya olunurlar.

Bununla yanaşı, Finlandiyada rubl ilə ticarət də artmaqdadır. Əsasən ticarət mərkəzlərində və messencerlər vasitəsilə aparılan bu prosesdə təxminən 24 min nəfər iştirak edir.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar