Dağıstan Respublikasının sakini terrorizmin təbliği ilə əlaqədar cinayət törətməkdə şübhəli bilinir.
Bakupost.az xəbər verir ki, bu barədə regionun İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın versiyasına görə, ötən ilin yayında müttəhim xaricdə olarkən internetdə terrorizmi təbliğ edib.
"O internetdə qeyri-məhdud sayda istifadəçinin izləyə bildiyi messencer kanalında terror ideologiyasının formalaşdırılmasına və terrorçu fəaliyyətə haqq qazandırılmasına yönəlmiş səs yazısını yerləşdirməklə, terrorizmi açıq şəkildə təbliğ edib,"- deyə məlumatda bildirilir.
Hazırda cinayət işi üzrə sübut bazasının möhkəmləndirilməsinə yönəlmiş istintaq hərəkətləri aparılır.
BakuPost